Skip to main content
European School Education Platform
VERKEFNI
Closed

Anadoludan Qafqaza könül körpüsü

"Anadoludan Qafqaza könül körpüsü" adlı layihənin əsasında əslən Azərbaycanın Şuşa şəhərindən olan Tezer Taşkıran və onun atası, görkəmli ictimai xadim olan Əhməd bəy Ağaoğlu ictimai fəaliyyəti, hər iki şəxsiyyətin Anadoluda və Azərbaycanda Vətən qarşısında xidmətləri ilə bağlı çalışmalar durur. Həmçinin İstanbul, Şuşa və Bakının "mənəvi əsintiləri"nə nəzər salınacaq, Əhməd bəy Ağaoğlunun "Sərbəst insanlar ölkəsində" əsəri üzərində işlər görüləcək. Türkləşmək, islamlaşmaq və müasirləşmək ideyaları da şagirdlər tərəfindən dəyərləndiriləcək. Tezer Taşkıran və Azərbaycanda qızlar məktəbinin ilk müdiri Hənifə xanım Məlikovanın təhsil sahəsində xidmətləri də işıqlandırılacaq layihədə, Anadolu və Azərbaycan torpaqlarının mənəvi dəyərləri, Anadolu türkü və azərbaycanlı düşüncəsinin ortaq nöqtələri üzrə çalışmalar da icra ediləcəkdir. Qarşılıqlı hədiyyələşmələrlə birgə, yekunda İstanbul şəhərində layihənin dergisinin nəşri də nəzərdə tutulmuşdur.
Created on
13 members
Certificates
AWARDED
National Quality Label

Upplýsingar

Meðlimir:
13
Membership:
Azerbaijan(11), Turkey(2)
Age range:
7
-
15